RU

AFFA Rusiya klubunun futbolçusunu milliyə cəlb etmək üçün danışıqlar aparır

Rusiyanın “Dinamo” (Moskva) klubunda çıxış edən Ülvi Babayev Azərbaycan millisinə dəvət ala bilər.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, hazırda bu yöndə danışıqlar aparılır.

AFFA 21 yaşlı hücumçunun yığmada çıxış etməsi üçün çalışır.

Qeyd edək ki, Ülvi Babayev “Dinamo”nun Rusiya Kubokunda “Krilya Sovetov”la keçirdiyi matçda het-trik edib.

İdman.Biz

Избранный
16
4
idman.biz

5Источники