RU

Səudiyyə Ərəbistanı Krallığındakı səfiri geri çağrılıb, yenisi təyin edilib

Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Sherg.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Избранный
84
16
sherg.az

10Источники