RU

Əlcəzair jurnalında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məqalə dərc edilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Əlcəzairin nüfuzlu “El Fanek El Arabi” jurnalında ərəb və ingilis dillərində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş geniş məqalə dərc edilib.

Azərbaycanın Əlcəzairdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Rzayevanın müəllifi olduğu məqalədə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya miqyasında tanınmış siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında oynadığı tarixi roldan bəhs olunur.

Yazıda Ulu Öndər Heydər Əliyevin yalnız dövlət idarəçiliyi və iqtisadi islahatlar sahəsində deyil, eyni zamanda, Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, elmi və təhsili istiqamətində mühüm töhfələr verdiyi qeyd olunur. Ulu Öndərin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət, milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində həyata keçirdiyi siyasət xüsusi vurğulanır.

Müəllif diqqətə çatdırır ki, Ümummilli Lider Heydər Əliyevin zəngin nəzəri irsi, xüsusilə ədəbiyyat, teatr, kino, musiqi və rəssamlıq haqqında baxışları Azərbaycan mədəniyyətinin inkişafına böyük təkan verib. Məqalədə, həmçinin Azərbaycanın dil siyasəti və milli kimliyinin qorunmasındakı misilsiz rolu da ön plana çəkilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
2
azertag.az

3Источники