Uşaqlarla daha sağlam münasibət qurmaq və onları inamlı fərdlər kimi yetişdirmək üçün valideynlər bir neçə sadə addımı gündəlik həyatlarına daxil edə bilərlər.
Pravda.az həmin addımları təqdim edir:
Birinci addım uşağın özünü qəbul etməsinə kömək etməkdir. Valideynin sözləri və davranışları uşağın özünəinamına birbaşa təsir göstərir.
Tənqid əvəzinə təşəkkür və təqdirin artırılması da müsbət davranışların güclənməsinə səbəb olur.
Ailədə sərhədlərin və intizamın ardıcıl şəkildə qorunması uşağın özünü təhlükəsiz hiss etməsinə kömək edir. Bununla yanaşı, onunla birlikdə keyfiyyətli vaxt keçirmək, sadə, amma mənalı anlar paylaşmaq bağları möhkəmləndirir.
Mütəxəssislər həmçinin valideynlərin uşaqlarına nümunə olmasının vacibliyini vurğulayır: “Uşaqlar dediklərinizdən çox, etdiklərinizə baxır.”
Digər vacib məqamlar arasında açıq ünsiyyət, dəyişən vəziyyətlərə uyğunlaşmaq, sevgini şərtsiz göstərmək və valideynin öz ehtiyaclarını da unutmaması yer alır.
Bu addımların məqsədi — həm uşağın, həm də valideynin daha balanslı, qarşılıqlı hörmətə əsaslanan münasibət qurmasına şərait yaratmaqdır.
Əminə Bayramova