BAKI, 27 oktyabr. TELEQRAF
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
Teleqraf xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 millimiz qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.