RU

Adnan Əhmədzadə ilə bağlı olduğu deyilən "BOLMART"dan AÇIQLAMA: "Bağlanıb..."

"Bolmart" marketlər şəbəkəsində yoxlama aparıldığına dair məlumat yayılıb. 

Məlumatlara görə, yoxlama "Bolmart"ın Səməd Vurğun küçəsi yerləşən filialında keçirilib. Mühafizə orqanları tərəfindən yoxlama aparıldığı üçün supermarketin fəaliyyəti dayandırılıb və bütün işçilər çölə çıxarılıb. Mənbədən verilən xəbərə görə, "Bolmart" marketlər şəbəkəsinin bir müddət əvvəl həbs edilən məşhur iş adamı, SOCAR-ın keçmiş departament rəhbəri Adnan Əhmədzadə ilə əlaqəsi var. 

Məsələni aydınlaşdırmaq üçün “Bolmart”ın Səməd Vurğun küçəsində yerləşən filialı ilə əlaqə saxladıq. Mağazadan “Cebheinfo.az”-a bildirildi ki, hazırda sayım aparıldığı üçün filial müvəqqəti olaraq bağlıdır. Sonrakı suallarımıza  cavab verməyən market əməkdaşı telefonu söndürdü. 

Избранный
9
11
cebheinfo.az

10Источники