Bakı, 27 oktyabr, AZƏRTAC
Hava şəraiti dəyişdikcə, insan orqanizmi əlavə dəstəyə ehtiyac duyur. Düzgün qidalanmaqla immun sistemini təbii yollarla gücləndirmək olar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, qida rasionuna bir sıra maddələr əlavə etməklə buna nail olmaq mümkündür. Belə ki,
- Giləmeyvələr bədəni gümrah saxlayır;
- Balıq immuniteti artırır, infeksiyalara qarşı müdafiəni gücləndirir;
- Tünd yaşıl yarpaqlı tərəvəzlər hüceyrələri qoruyur;
- Çərəzlər immuniteti balanslaşdırır;
- Ədviyyatlar iltihabı azaldır;
- Sitrus meyvələri C vitamini mənbəyidir;
- Rəngli tərəvəzlər immuniteti gücləndirir;
- Toyuq şorbası və sümük bulyonu iltihabı azaldır, bağırsaq divarını bərpa edir;
- Probiotik qidalar bağırsaq mikroflorasını dəstəkləyir.
“Sağlam qalın, immunitetinizi təbii yollarla gücləndirin!”, - deyə məlumatda vurğulanıb.