Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Şəki Şəhər İcra Hakimiyyəti Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin yeni korpusunun tikintisinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, İcra Hakimiyyəti yeni korpusun tikintisinə 11 iyun 2025-ci il tarixli 1 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 30 dekabr 2024-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-4293/2023 saylı, həmçinin 26 fevral 2025-ci il tarixində tikinti layihəsinə dair 391960 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən məktəbin tikinti sahəsi 1 109 kvadrat metr, ümumi sahəsi 3 327 kvadrat metr, mərtəbələrinin sayı isə 3 (+zirzəmi) olacaq.
Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəbin yeni korpusuna Dövlət Reyestri tərəfindən 18 oktyabr 2025-ci il tarixli 40427018-1-2104-009472/1025 saylı kod verilib.
Məlumat üçün onu da bildirək ki, Şəki şəhəri, Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəbin yeni korpusunun sifarişçisi millət vəkili Cavanşir Əyyub oğlu Feyziyevdir.
Qeyd edək ki, Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəb Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabedir.
Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin 3 mərtəbədən ibarət olacaq yeni korpusunun tikintisinin hansı mənbələrdən maliyyələşəcəyi barədə sualımızı millət vəkili Cavanşir Feyziyevə ünvanlasaq da cavab ala bilmədik.Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.