RU

"El-Klasiko"dan sonrakı davanın təfərrüatı bəlli oldu

İspaniya La Liqasında dünən keçirilən "Real Madrid" - "Barselona" oyunundan sonra baş verən qalmaqalın təfərrüatı bəlli olub.
 
Moderator.az "Yahoo Sports"a istinadən xəbər verir ki, "El-Klasiko"dan sonra baş verən qalmaqal zamanı "Real Madrid"in futbolçusu Dani Karvaxal "Barselona"lı Lamin Yamala - "çox danışırsansa, bax belə sözlərini udarsan", - deyə səslənib.
 
Əsəbiləşərək komanda yoldaşlarının yanına gedən Yamal isə Karvaxala - "içəri gəl", - söyləyib.
 
"Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior isə içəri getməyə cəhd edən Yamalın qarşısını kəsərək - "çox danışırsan", - deyib.
 
Vinisius soyunub-geyinmə otağının dəhlizinə gedərək Yamala "gəl" işarəsi göstərib.
 
Hadisələri seyr edən "Real Madrid"in baş məşqçisi Xabi Alonso bütün futbolçularını dəhlizdən çıxarıb və meydançanın ortasına aparıb.
 
Yada salaq ki, qalmaqallı oyunda "Real Madrid" öz meydanında "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.
Избранный
20
2
moderator.az

3Источники