RU

FMG ağacəkmə aksiyasında Fotolar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

FMG şirkəti ətraf mühitin mühafizəsinə və davamlı inkişafın təşviqinə yönəlmiş müxtəlif sosial layihələr həyata keçirir. Bu dəfə Facility Management Group şirkətinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, “Evimizi qoruyaq” devizi altında keçirilən aksiya çərçivəsində Müşviqabad qəsəbəsində xüsusi ayrılmış ərazidə Abşeron yarımadasının iqlim şəraitinə uyğun 200 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Aksiyanın əsas məqsədi yaşıllıqların bərpasına və artırılmasına töhfə vermək, eləcə də ekoloji məsuliyyətin artırılmasına dəstək olmaqdır.

Qeyd edək ki, əmlakın idarəedilməsi sahəsində geniş portfelə malik FMG şirkəti səkkiz ildir ki, əmlak bazarında fəaliyyət göstərir.

Şirkət ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri, həmçinin müxtəlif təyinatlı daşınmaz əmlak obyektlərinin idarə edilməsini həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
qafqazinfo.az

2Источники