RU

Millimizin Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanına qarşı oyunlarının vaxtı açıqlandı

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan futzal millisinin Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidmətindən məlumat yayıb. 

A qrupunda yer alan komanda noyabrın 4-də Liviya, 6-da Özbəkistan, 8-də isə Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə noyabrın 11-də aydınlıq gətiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
8
sport24.az

10Источники