RU

Meteorologiyaya qəzəbləndi, polisə hücum etdi: İqlimi qəsdən dəyişdirirlər

Meteorologiyaya qəzəbləndi, polisə hücum etdi: İqlimi qəsdən dəyişdirirlər

Tokioda bir polis əməkdaşını bıçaqlayan şəxsın çantasında aparılan axtarış zamanı mişar və qayçı da tapılıb. Sorğu zamanı o, meteorologiyaya əsəbləşdiyini və iqlimin qəsdən dəyişdirildiyinə inandığını bildirib.

Tokioda ABŞ səfirliyi yaxınlığında saxlanılan 38 yaşlı Tatsuya Şiotanının üzərində çox sayda kəsici alət aşkarlanıb. Şiota xidmətdə olan polis əməkdaşına mətbəx və meyvə bıçağı ilə hücum etməkdə ittiham olunur.

Polisin verdiyi məlumata görə, axtarış zamanı şübhəlinin kürək çantasında qatlanan mişar və qayçı da tapılıb. Şiotanının yaşayış ünvanı və peşəsi məlum deyil. Sorğu zamanı o, Yaponiyanın Meteorologiya Agentliyinə və Milli Polis Agentliyinə qarşı qəzəbləndiyini və meteorologiya idarəsinin iqlimi qəsdən dəyişdirdiyinə inandığını söyləyib.

Hadisə zamanı bir polis əməkdaşının baldır vətərinin qopduğu və təxminən üç ay müalicə alacağı bildirilib. Şübhəlinin “hücum” və “silah qanununu pozma” maddələri ilə prokurorluğa göndəriləcəyi gözlənilir.

Избранный
39
afn.az

1Источники