RU

ABŞ noyabrdan ərzaq yardımını dayandırır

Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi ölkə üzrə 40 milyondan çox insanın faydalandığı ərzaq yardımının noyabr ayından etibarən paylanmayacağını elan edib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, buna səbəb kimi hökumətin fəaliyyətinin dayandırılması (shutdown) göstərilib.

ABŞ əhalisinin səkkizdə birinin yararlandığı Əlavə Qidalanma Yardımı Proqramı (SNAP) bir çox ailənin ərzaq büdcəsində həyati əhəmiyyətə malikdir. 

Dörd nəfərlik orta bir ailə bu proqram çərçivəsində ayda təxminən 715 dollar dəstək alır ki, bu da adam başına gündə təxminən 6 dollara bərabərdir.

Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, hökumətin bağlanması planı çərçivəsində bəzi əməkdaşlar işdə qalaraq proqramın əsas fəaliyyətini davam etdirəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
1
operativmm.az

2Источники