Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni qərarı taksi sürücülərini çətin vəziyyətə salıb...
Milli.Az xəbər verir ki, son günlər Bakıda taksi sürücüləri üçün ciddi çətinliklər yaranıb. AYNA-nın "buraxılış vərəqəsi"nin (icazə sənədinin) alınmasına dair yeni tələblər tətbiq edildikdən sonra sürücülər kütləvi şəkildə Bakı Beynəlxalq Avtovağzalına üz tutur.
Onların sözlərinə görə, vərəqə almaq üçün səhərin açılmasından əvvəl sıralar formalaşır, gecədən növbəyə yazılanlar xidmət ala bilmir:
"Sıra tutmaq üçün gecədən gəlirik, avtovağzalda gecələyirik. Səhər açılsa da, yenə də bizi yola sala bilmirlər. Çox əziyyət çəkirik," - deyə sürücülər bildirirlər.
Sürücülər müvafiq orqanlardan vəziyyətin tənzimlənməsini və prosesi sadələşdirən əlavə tədbirlərin görülməsini xahiş edirlər.
Qeyd edək ki, Bakı şəhərində taksi "icazələrinin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilib. 2025-ci ilin dekabrından qüvvəyə minəcəkqərara əsasən, Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddi 25 000 olaraq müəyyən edilib.
Poliqon.info