RU

"Dövlət satınalmalarının təşkili və idarə olunması" mövzusunda təlimlər təşkil edib

İqtisadi və Sosial Araşdırmalar Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə və Kiçik və Orta Biznesin İnkişaf Agentilinin təşkilatı dəstəyi ilə son aylar ərzində beş regionda, Xaçmaz, Gəncə, Yevlax, Lənkəran və Şəki şəhərində mikro, kiçik və orta sahibkarlar subyektlərinə "Dövlət satınalmalarının təşkili və idarə olunması" mövzusunda təlimlər təşkil edib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı- ekspert Eyyub Kərimli bildirib.Onun sözlərinə görə, təlimlər zamanı 100-dən çox sahibkarla görüşlər və sorğular təşkil olunub:

"Bu sahədə sahibkarların üzləşdiyi çətinliklər, bilik və təcrübə azlığı ilə bağlı məlumatlar toplanmışdır, təhlil edilmişdir. Tədbirlərin yekunu olaraq 29.11.2025 ci il saat 11:00 da Bakı KOB EVİNDƏ sahibkarlar, ekspertlər və dövlət qurumlarının nümayəndələri ilə yekun seminar-müzakirə nəzərdə tutulur. Maraqlı olan hər bir kəsi tədbirdə iştirak etməyə dəvət edirik. Media nümayəndəlırinin iştirakı sərbəstdir".

Избранный
39
qht.az

1Источники