RU

Qriqoryan MDB Təhlükəsizlik Şuraları Katiblərinin Şurasının iclasında iştirak edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 5 noyabr tarixində Moskvada keçiriləcək MDB dövlətlərinin Təhlükəsizlik Şuraları Katiblərinin Şurasının iclasında iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, bu, Ermənistan Təhlükəsizlik Şurasının katibinin son üç ildən sonra MDB çərçivəsində keçirilən tədbirə ilk səfəridir.

Səfər zamanı ona katibin müşaviri Anait Poqosyan və köməkçi Sevak Kaqramanyan müşayiət edəcəklər. Nümayəndə heyətinin göndərilməsi barədə qərarı Baş nazir Nikol Paşinyan imzalayıb.

Bu səfər Ermənistanın regional təhlükəsizlik məsələlərində iştirakı və MDB ölkələri ilə əməkdaşlığın gücləndirilməsi baxımından önəmli hesab olunur.

Избранный
38
4
apa.az

5Источники