RU

Yaponiya Beynəlxalq Kosmik Stansiyaya yeni yük gəmisini göndərib

Yaponiya “H3” raketi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) təchizat çatdırmaq üçün yeni pilotsuz yük gəmisini orbitə buraxıb.

Missiya.Az xəbər verir ki, Taneqaşima Kosmik Mərkəzindən orbitə çıxarılan “HTV-X” adlı kosmik gəmi yeni enerji sistemi ilə təchiz olunub və daşıma zamanı aşağı temperatur tələb edən eksperimental nümunələri də daşıya bilir.

Kosmik gəminin BKS-ə oktyabrın 30-da çatması planlaşdırılır. “HTV-X” stansiyada altı ay qalacaq və daha sonra sınaqlar üçün üç ay orbitdə qalıb geri dönəcək.

Seyranə QuliyevaMissiya.Az

Избранный
18
1
missiya.az

2Источники