RU

Afrikalı futbolçu Azərbaycan Premyer Liqasında 100 cü oyununu keçirib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

P. Andrade 2020/2021-ci illər mövsümündə Premyer Liqada iki klubun formasını geyinib. Afrikalı oyunçu 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da 8 matçda iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
6
azertag.az

10Источники