RU

Paşinyan: Türkiyədən Azərbaycana yükdaşımalara icazə veriləcək

BAKI, 27 oktyabr. TELEQRAF

Ermənistan tarixində ilk dəfə dövlət büdcəsi Azərbaycanla təsbit olunmuş sülh şəraitində müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsinin ilkin müzakirəsi zamanı bildirib.

"Bu, ilk dəfədir ki, biz büdcəni Azərbaycanla sülh şəraitində müzakirə edirik. Avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşma ilə iki ölkə arasında sülh rəsmən təsdiqlənib", - o qeyd edib.

Nikol Paşinyan əlavə edib ki, son 1 il 8 ay ərzində Ermənistan-Azərbaycan sərhədində atəşkəs pozulmayıb və bu müddət ərzində heç bir hərbçi həlak olmayıb:

Müstəqilliyimiz dövründə belə uzunmüddətli sakitlik ilk dəfədir müşahidə olunur".

Baş nazir həmçinin bildirib ki, bu gündən etibarən Türkiyədən Azərbaycana və əks istiqamətdə yükdaşımalara icazə veriləcək. Paşinyan Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmasını tarixi addım kimi qiymətləndirib:

"Bu, regionda yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır. Ermənistan da bu istiqamətdə uyğun addımlar atmalıdır".

Избранный
53
teleqraf.com

1Источники