RU

Dünyanı heyrətə gətirən qadın futbolçu: 8 aylıq hamilədir, amma...

“Santos”un qadın komandasının hücumçusu Ketlen Viqqers noyabrın sonunda oğlu Lukanln doğuşuna hazırlaşır.

Publika.az xəbər verir ki, lakin o, hamiləliyinin səkkizinci ayında olmasına baxmayaraq, məşqləri dayandırmayıb. Ketlen Braziliya futbol tarixində belə uzunmüddətli hamiləlik dövründə komanda ilə məşq edən ilk qadın futbolçu kimi tarixə düşüb.

Komandanın fitnes-məşqçisi İzabella Silva Matosun rəhbərliyi ilə o, məşqlərini təhlükəsiz və fiziki formanın balansını qoruyacaq şəkildə uyğunlaşdırıb.

“Məşqlərdə isinmə, aşağı bədən hissəsinə güc hərəkətləri və ötürmə məşqlərində komanda ilə birgə iştirak edirdi, zərbə və tamamlayıcı hərəkətləri isə fərdi qaydada yerinə yetirirdi”, – deyə Matos bildirib.

Избранный
40
publika.az

1Источники