İspaniya La Liqasında mövsümün ilk El-Klasikosu keçirilib.aia.az xəbər verir ki, X tur çərçivəsində oynanılan “Real Madrid” – “Barselona” matçı “Santyaqo Bernabeu”da baş tutub.Görüş “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Madrid təmsilçisinin heyətində Kilian Mbappe və Cud Bellinqem fərqləniblər. Kataloniya klubunun yeganə qoluna Fermin Lopez imza atıb.Matçın 52-ci dəqiqəsində Mbappe penaltini dəqiq yerinə yetirməyib.Hazırda “Real Madrid” 27 xalla turnir cədvəlinə başçılıq edir. Qonaqlar isə 22 xalla 2-ci sıradadır.aia.az