Payız aylarının ən çox istifadə edilən meyvələrindən olan xurma hamı üçün faydalı deyil.
Publika.az bildirir ki, bunu dietoloq Yekaterina Quzman "Gazeta.Ru"ya bildirib.
Onun sözlərinə görə, xurma mədə-bağırsaq xəstəlikləri, diabet və ya qəbizliyə meylli olanlar üçün təhlükəli ola bilər. Bu, meyvənin tərkibindəki taninlər, eləcə də yüksək şəkər miqdarı ilə əlaqəlidir.
"Yetişməmiş xurmalarda çoxlu tanin var, bu da xüsusilə bağırsaq hərəkətliliyi problemləri yaşayan insanlarda qəbizliyə səbəb ola bilər. Bunun qarşısını almaq üçün yetişmiş xurmaları seçmək və ya tanin tərkibini azaltmaq üçün onları dondurub sonra yemək lazımdır.
Həddindən artıq istifadə zamanı və mədə hərəkəti zəif olan insanlarda (məsələn, mədə əməliyyatından sonra və ya diabetik qastrit zamanı) fitobezoar əmələ gətirə bilər. Fitobezoarlar qarın ağrısı, ürəkbulanma, qusma və hətta bağırsaq tıxanıqlığına səbəb olur. Risk qrupundakılar xurmanı məhdud miqdarda, yeməkdən sonra istehlak etməlidirlər", - deyə Guzman bildirib.