RU

Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır

Son günlər İPhone istifadəçiləri arasında WhatsApp statuslarının səsinin çıxmaması ilə bağlı çoxsaylı şikayətlər yayılıb. İstifadəçilər statuslara baxarkən videoların səssiz şəkildə oynadığını bildirirlər.

XəzərNews.az xəbər verir ki, bunu İT mütəxəssisi Pərvin Əsədov sosial şəbəkə hesabında yazıb.

“Bu problem Meta şirkətinin (Facebook, Instagram, WhatsApp) son yeniləmələri nəticəsində yaranan texniki uyğunsuzluqdan qaynaqlanır. WhatsApp-ın iOS üçün olan son versiyalarında media səslərinin avtomatik şəkildə səssiz qalmasına səbəb olan proqram xətası (bug) mövcuddur. Şirkət artıq bu nasazlığı rəsmi olaraq təsdiqləyib və yaxın zamanda təqdim ediləcək yeni yeniləmə (update) vasitəsilə problemin aradan qaldırılacağını bildirib”.- deyə P.Əsədov qeyd edib

Xəbər 5 dəfə oxunub.
Избранный
60
xezernews.az

1Источники