RU

Sabirabadda dörd avtomobil toqquşdu

Sabirabadda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, dörd minik avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Избранный
30
10
avtosfer.az

10Источники