RU

Bakıda 10 ailənin həyatı təhlükə altındadır

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bakıda 10 ailənin həyatı təhlükə altındadır. Səbəb son aylarda intensiv yağışlar nəticəsində torpağın sürüşmə təhlükəsinin yaranmasıdır.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində evlərin divarlarında çatlar əmələ gəlib, hasarlar isə uçub.

Yeni Günəşli yaylası küçəsində yaşayan sakinlər bildirirlər ki, son bir ildə yağan intensiv yağışlar torpağın sürüşməsini daha da aktivləşdirib. İkimərtəbəli bəzi evlər hər an uçma təhlükəsi ilə üz-üzədir.

Sakinlər Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət ediblər. Nazirliyin əməkdaşları əraziyə baxış keçirərək, evlərin boşaldılması üçün rəy veriblər. Uçma təhlükəsi olan evlərdən birinin sahibi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya alaraq ərazini tərk edib. Digər 10 ailə də kompensasiya istəyir və təhlükəli zonadan çıxmaq arzusundadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bakıda 10 ailənin həyatı təhlükə altındadır

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
82
oxu.az

1Источники