RU

Aktyordur, amma insan deyil Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Hollywood” dünyasında yeni ulduz peyda olub, lakin bu dəfə o, real şəxsiyyət deyil.

“Qafqazinfo” xəbər verir ki, Tilly Norwood adlı süni intellektlə (AI) yaradılmış aktyor artıq filmlərdə oynayır və sosial mediada böyük səs-küy yaradıb.

Tilly, “AI Film Studios” tərəfindən təqdim olunub və şirkət onu “dünyanın ilk 100% AI ilə idarə olunan film aktyoru” adlandırır. Onun üz cizgiləri, mimikaları və səsi tamamilə proqramlaşdırılıb.

Bəzi rejissorlar və texnoloji mütəxəssislər hesab edir ki, AI aktyorlar kino sənayesinə yeni yaradıcılıq azadlığı gətirəcək. Onlar yorulmur, yaşlanmır və hər səhnəni mükəmməl ifa edə bilir.

Lakin “Hollywood” ulduzları arasında bu təşəbbüs ciddi tənqidlərə səbəb olub. Scarlett Johansson və Tom Hanks kimi aktyorlar AI ilə yaradılmış personajların real aktyorların iş imkanlarını təhlükə altına qoyduğunu bildiriblər. Hüquqşünaslar isə kimin müəlliflik hüququna sahib olacağını və AI ilə yaradılan obrazların etik məsuliyyətini müzakirə edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
51
qafqazinfo.az

1Источники