
Uzman Dr. Otorinolarinqoloq Elnur Əkbərov: “Alergik rinit burun xəstəliyi deyil”Alergik rinit təəssüf ki, burun tənəffüsündə problem yaşayan pasiyentlər arasında ən çox qoyulan diaqnozlardan biridir. Uzman Dr. Elnur Əkbərov bildirir ki, bu vəziyyət bəzən peşəkar olmayan yanaşmanın nəticəsi olur: “İstər ailə həkimi, istər poliklinika həkimi olsun, əgər pasiyentin burun tənəffüsündə problem varsa və dəqiq müayinəsiz diaqnoz qoyulursa, çox zaman bu xəstələrə yanlış olaraq alergik rinit diaqnozu qoyulur.”Onun sözlərinə görə, alergik rinit əslində daha spesifik və fərqli bir durumdur: “Əgər detallara varsanız, görərsiniz ki, alergik rinit tamamilə başqa bir mexanizmə əsaslanan vəziyyətdir və hər burun tənəffüsünün pozulması bu diaqnozu doğrultmur. Ən önəmlisi odur ki, alergik rinit sadəcə bir burun xəstəliyi deyil, daha kompleks bir allergik prosesin nəticəsidir.”Dr. Elnur Əkbərov düzgün diaqnozun və ixtisaslaşmış müayinənin vacibliyini vurğulayaraq qeyd edir ki, hər burun tıxanıqlığı alergiya demək deyil və səbəb çox fərqli ola bilər.Dr. Gülnar Quliyeva Ulusum.az-a bildirir ki, bu sadə tədbirlər allergik rinitin ağırlaşmasının qarşısını almaqda əhəmiyyətli rol oynayır. O, allergik rinitin müalicəsində diqqət edilməli 3 əsas istiqaməti vurğulayıb: allergendən qorunma, dərman müalicəsi və immunoterapiya.Allergik rinitin müalicəsi 3 əsas istiqaməti əhatə edir: allergendən qorunma, dərman müalicəsi və immunoterapiya.Kif göbələyi ilə mübarizə üçün tövsiyələr:- Vanna otağı: Duşdan sonra havalandırmanı təmin edin, yaş səthləri qurulayın. - Təmizlik: Kiflənmiş səthləri durulaşdırılmış çamaşır suyu ilə silin. - Mətbəx: Yemək bişirdikdən sonra otağı havalandırın, qalıq yeməkləri və zibilləri vaxtında uzaqlaşdırın. - Soyuducu: Müntəzəm olaraq təmizlənməlidir. - Əşyalar: Lazımsız əşyaları evdən çıxarın. - Dibçək gülləri: Evdə saxlamaqdan çəkinin. - Paltar qurutma: Evin içində paltar qurutmaq olmaz. - Rütubət: Evdəki hava rütubətini 30–40% aralığında saxlayın. Əgər bu səviyyə yüksəkdirsə, xüsusi nəmləndirici cihazlardan istifadə edin.R.Daşdəmirova
Diqqət Çəkənlər
Hormonal pozğunluqlar niyə çəki atmağa mane olur?
Gəncədə 69 yaşlı kişi qəza zamanı öldü
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib