“Barselona”nın müdafiəçisi Ronald Arauxo “Real”ın braziliyalı vingeri Vinisius Juniyoru yüksək qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, uruqvaylı futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“O, inanılmaz futbolçudur. Meydanda möhtəşəm hərəkətlər edir. Qarşısında oynayanda sənin 100 faiz çalışmaqdan başqa çıxış yolun yoxdur. Mən belə oyunçulara qarşı oynamağı sevirəm. Onlar səni maksimum göstərişini göstərməyə məcbur edirlər”
Qeyd edək ki, “Barselona” səfərdə “Real Madrid”lə qarşılaşacaq. La Liqanın 10-cu turuna təsadüf edən “El-Klasiko” bu gün, 26 oktyabr, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.