RU

Suriya prezidenti Əhməd Əş-Şəraa Səudiyyə Ərəbistanına səfər edəcək

Suriya lideri Məhəmməd bin Salmanla görüşəcək və “Gələcək investisiyalar təşəbbüsü” konfransında çıxış edəcək...

Poliqon xəbər verir ki, Suriya Prezidenti Bəşər Əş-Şəraa oktyabrın 27-də Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək. Syria TV kanalının məlumatına görə, səfər çərçivəsində o, Krallığın vəliəhd şahzadəsi və faktiki hökmdarı Məhəmməd bin Salmanla görüş keçirəcək.

Görüş zamanı iki ölkə arasında diplomatik münasibətlərin bərpası, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir. Bu, SuriyaSəudiyyə Ərəbistanı arasında uzun fasilədən sonra baş tutan ən yüksək səviyyəli təmaslardan biri olacaq.

Bundan əlavə, Əş-Şəraa oktyabrın 27-dən 30-dək Ər-Riyadda keçiriləcək “Gələcək investisiyalar təşəbbüsü” (Future Investment Initiative — FII) adlı beynəlxalq iqtisadi forumda iştirak edəcək. O, tədbirdə Suriyanın bərpası, xarici sərmayələrin cəlbi və ərəb dünyasında iqtisadi inteqrasiya mövzusunda çıxış edəcək.

Analitiklər hesab edirlər ki, bu səfər Dəməşqin ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı növbəti mühüm addımdır və Suriya iqtisadi izolyasiyasının zəifləməsinə xidmət edə bilər.

Poliqon.info

Избранный
53
poliqon.info

1Источники