Bakı. Trend:
Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Trend-inməlumatına görə, “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb.Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları İfeanyi Metyu və yeni transfer Vensan Abubakar vurublar.Həmçinin, Abubakar birinci qolun məhsuldar ötürməsini verib.
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "TuranTovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə"Sumqayıt"ı (1:0) üstələyib. "Araz-Naxçıvan" - "Sabah" görüşü 2:2hesablı heç-heçə ilə bitib.