RU

“Neftçi”dən qələbə, “Qarabağ” “Şamaxı”ya qarşı – YENİLƏNİR 

Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq. 

İdmanxeber.az xəbər verir ki, son oyun günündə iki matç keçirilir. 

Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkib. Görüş “ağ-qaralar”ın qələbəsilə başa çatıb – 2:0. Komandanın yeni transferi Vensan Abubakar bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı” ilə görüşəcək. Hazırda ikinci pilləyə qərarlaşan Ağdam klubu bu matçda qələbə qazansa, yenidən vahid lider olacaq. “Şamaxı” isə 8 oyundan sonra 9 xal toplayıb və 8-ci yerdədir.  

Misli Premyer Liqası
IX tur

26 oktyabr (bazar) 

16:00. “Qəbələ” – “Neftçi” – 0:2 

Qol: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli 
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər:
 Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev

VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Azersun Arena”

Избранный
39
2
idmanxeber.az

10Источники