Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan qadın karate yığmasının lideri, üçqat dünya çempionu İrina Zaretska (68 kq) dünya reytinqində ikinci pillədə qalmaqdadır.
İdman.Biz-in məlumatına görə, 29 yaşlı idmançının aktivində 5415 xal var və o, hələ də birincilik uğrunda əsas namizədlərdən sayılır.
Digər azərbaycanlı karateçilər arasında hələlik “top-10”da yer alan yoxdur. Ən yaxşı nəticə 2165 xalla 15-ci pillədə qərarlaşan Nuran Rzazadəyə məxsusdur.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.