RU

Rusiyanın Kiyevə növbəti hava hücumu:

Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Rusiyanın Kiyevə hücumu zamanı sığınacağa enməyə məcbur olub.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

 

“Bu mənim üçün ağrılı təcrübə idi. Rusiyanın Ukrayna əhalisinə hücumları onları tükəndirmək məqsədi daşıyır”, - Rayxe bildirib.

 

Nazir Ukraynaya zədələnmiş enerji infrastrukturunun bərpasında kömək edəcəyinə söz verib və Almaniyanın Ukrayna xalqını tərk etməyəcəyini söyləyib.

 

Qeyd edək ki, Rayxe cümə günündən etibarən Kiyevdə səfərdədir.

Избранный
20
3
senzor.az

4Источники