RU

Rusiya malları Ermənistana Azərbaycan üzərindən də daşınacaq...- Baş nazirin müavini

Rəsmi Bakı Rusiya mallarının Ermənistana keçməsinə icazə verməyə hazırdır.
 
Moderator.az  xəbər verir ki, "Armtimes" nəşrinin "TASS"-a istinadla yazdığına görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk danışıb. 
 
"İki gün əvvəl Azərbaycan tərəfi Rusiya mallarının Azərbaycan dəmir yolları ilə Azərbaycan üzərindən Ermənistana daşınmasının mümkünlüyünü bizə təsdiqlədi. Bu baxımdan biz də çox maraqlı irəliləyiş əldə etmişik".
 
"Rusiya Dəmir Yolları regional tərəfdaşları ilə birlikdə hazırda bu yükdaşımaların təşkili üzərində işləyir. Eyni zamanda, bu yeni logistik marşrutun inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq tapşırıqlar vermişik", - o, qeyd edib.
 
S.Laçın
Избранный
73
1
moderator.az

2Источники