Bundesliqa 2-də 10-cu turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Bakı vaxtı ilə saat 16:30-da "Nürnberq"i qəbul edəcək.
M. Emreli ardıcıl 7-ci oyunda da heyətə alınmayıb.
O, sabiq komandasına qarşı forma geyinə bilməyəcək.
"Kayzerslautern" hazırda 18 xalla 4-cü yerdədir. "Nürnberq" isə 8 xalla 15-cidir.