RU

Zərdabda ağır yol qəzası baş verib, ölən var

Zərdabda ağır yol qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21099" və "Land Rover" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı "VAZ-21099"un sürücüsü Abdullayev Azər Cəlal oğlu aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbi araşdırılır.
Избранный
39
5
sherg.az

10Источники