RU

İki karateçimiz Batumidə keçirilən beynəlxalq turnirdə fərqlənib - FOTO

Gürcüstanın Batumi şəhərində 15 ölkədən 450-dən çox idmançının iştirakı ilə kyokuşin karate üzrə beynəlxalq turnir başa çatıb.

İdman.Biz xəbər verir ki, Azərbaycanı yarışda Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yeniyetmələrdən ibarət komandamız təmsil edib.

Turnirdə komandamız ümumilikdə 11 idmançı ilə çıxış edib və iki medal qazanıb.

Həkimzadə Kənan 2-ci, Əliyev Məhəmməd isə 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, kyokuşin karate üslubu üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Anar Cəfərovdur.

İdman.Biz

Избранный
23
1
idman.biz

2Источники