Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Öncə, “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq.
Turun son matçında isə “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.
Daha öncə keçirilmiş oyunlarda “Karvan” “Turan Tovuz”a (1:2), “Kəpəz” “İmişli”yə (0:3), “Sumqayıt” “Zirə”yə (0:1) uduzub, “Araz-Naxçıvan” – “Sabah” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.