RU

Luvr soyğununu yüzdən çox müstəntiq araşdırır

Luvr muzeyinin qarətini yüzdən çox müstəntiq araşdırır.

Demokrat.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, bu barədə Paris prokuroru Lor Bekko məlumat verib.

Onun sözlərinə görə, istintaq üçün digər istənilən araşdırmalarla müqayisədə 10 dəfə çox resurs ayrılıb.

"Keçən bazar günündən etibarən müstəntiqlərin sayı artırılıb. Əvvəl təxminən 60 nəfər idi, bu gün isə onların sayı 100-dən çoxdur", – qəzet prokurorun sözlərindən sitat gətirib.

Избранный
30
1
demokrat.az

8Источники