Misli Premyer Liqasında IX tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Qəbələ" "Neftçi"ni qəbul edəcək.
Hər iki komandanın qələbəyə hava-su kimi ehtiyacı var.
"Ağ-qaralar"ın yeni transferi Vensan Abubakar bu matçda debüt edə bilər.
"Qəbələ" 5 xalla 10-cu, "Neftçi" isə 9 xalla 8-cidir.
Misli Premyer Liqası, IX tur
26 oktyabr (bazar)
16:00 “Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu