RU

Melissa qasırğası 3-cü kateqoriyaya qədər güclənir

"Melissa" qasırğası Saffir-Simpson qasırğası şkalası üzrə 3-cü kateqoriyaya yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzinin (MQM) saytında verilən məlumatda deyilir.

MQM-in məlumatına görə, qasırğa Karib dənizində yerləşir. Maksimum davamlı küləklər saatda 185 kilometrə (saatda 115 mil) qədər artıb və saatda altı kilometr (saatda 4 mil) sürətlə qərbə doğru hərəkət edir.

Bir neçə saat əvvəl tropik "Melissa" qasırğasının Saffir-Simpson şkalası üzrə 1-ci Kateqoriya qasırğasına qədər gücləndiyi bildirilmişdi.

Избранный
137
1
publika.az

1Источники