RU

"Qarabağ"ın ispanı başladı - "Şamaxı"ya qarşı oynayacaqmı?

Misli Premyer Liqasının 9-cu turunda "Şamaxı"nı qəbul edəcək "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Conatan Montielin son vəziyyətinə aydınlıq gəlib.

Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib.

Klub rəsmisi hücumameyilli orta xətt oyunçusunun komanda ilə məşqlərə başladığını bildirib: "Montiel artıq komanda ilə məşqlərə başlayıb. Onun meydana nə vaxt çıxacağına təbii ki, baş məşqçi qərar verəcək".

Montiel azad agent qismində qoşulduğu "Qarabağ"ın forması ilə rəsmi matça çıxmadan zədələnib. Sentyabrın əvvəllərində məşqdə xəsarət alan 27 yaşlı oyunçunun adı UEFA Çempionlar Liqasının iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" qarşılaşması oktyabrın 26-da keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək. 

Nihat

Избранный
56
1
fanat.az

2Источники