Bakı. Trend:
Bütün dünyada xəstəxanalarda antibiotiklərə davamlı infeksiyalarsürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni qlobalhesabatına görə, 2023-cü ildə laboratoriya tərəfindən təsdiqlənmişhər altı bakterial infeksiyadan təxminən biri standartpreparatlarla müalicəyə davamlı olub.
Trend ÜmumdünyaSəhiyyə Təşkilatının hesabatına istinadla xəbər verir ki,ekspertlər tədqiqatın nəticələrini “son dərəcə həyəcanlı”adlandırır və xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə,2050-ci ilə qədər antibiotiklərə davamlı infeksiyalardan ölümhallarının sayı 70 faiz arta bilər.
Hesabata görə, 2018-2023-cü illərdə istifadə edilənantibiotiklərin 40 faizindən çoxu ən çox yayılmış infeksiyalara -qan, bağırsaq, sidik yolları və cinsi yolla keçən xəstəliklərəqarşı effektivliyini itirib.
ÜST 104 ölkədən 23 milyon bakterial infeksiya haqqında məlumattoplayıb. Təhlil göstərdi ki, ən ağır vəziyyət səhiyyəsistemlərində diaqnostika vasitələri, antibiotiklər və infeksiyayanəzarət resurslarında çatışmazlıq olan aşağı və orta gəlirliölkələrdədir.
“Bu nəticələr ciddi həyəcan doğurur. Antibiotiklərə qarşımüqavimət artmaqda davam etdiyinə görə, biz getdikcə daha çoxeffektiv müalicə üsullarının sadəcə olmadığı bir vəziyyətləüzləşirik. Bu, infeksiyaların qarşısının alınması və nəzarətininzəif olduğu, etibarlı diaqnostika və dərman vasitələrinə çıxışınməhdud olduğu ölkələrdə xüsusilə təhlükəlidir”, - deyə ÜST-ninAntimikrob preparatlara müqavimət Departamentinin direktoru Doktorİvan Xutin bildirib.
ÜST-nin qiymətləndirmələrinə görə, Cənub-Şərqi Asiya və ŞərqiAralıq dənizində hər üç bakterial infeksiyadan biri artıqantibiotiklərə davamlıdır. Afrika ölkələrində - təxminən hərbeşindən biridir. Bununla belə, faktiki rəqəmlər daha yüksək olabilər: bir çox ölkələrdə məlumatlar ilk növbədə ən ağır hallarıncəmləşdiyi böyük ixtisaslaşmış xəstəxanalardan daxil olur.