RU

Rüfətin məhsuldar ötürməsi xal qazanmaq üçün bəs etmədi

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin də formasını geydiyi “Varazdin” öz meydanında “Slaven Belupo”nu qəbul edib. 

Görüş Rüfətin komandasının 1:3 hesablı məğubiyyəti ilə başa çatıb. 

Abdullazadə də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunlular skamyasından başlayan Rüfət artıq 16-cı dəqiqədə zədələnən Aleksa Latkoviçin yerinə meydana daxil olub, 75-ci dəqiqədə isə Damoqay Beqonya ilə əvəzlənib. 

Abdullazadə 35-ci dəqiqədə məhsuldar ötürmə müəllifi olub. Luka Mamiç azərbaycanlı futbolçunun ötürməsindən sonra komandasının matçdakı yeganə qolunu vurub.  

1:3 hesablı məğlubiyyətdən sonra 15 xalda qalan “Varazdin” turnir cədvəlində beşinci yerə düşüb. “Slaven Belupo” isə 16 xalla dördüncü pilləyə yüksəlib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
qol.az

2Источники