Misli Premyer Liqasının IX turunda maraqlı oyunlardan biri “Zirə” ilə “Sumqayıt” arasında keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, doğma meydanda çıxış edən paytaxt klubu rəqibini 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna Brahim Konate 37-ci dəqiqədə imza atıb.
Bu nəticə ilə “Zirə” xallarını 16-ya çatdıraraq ilk üçlüyə daxil olub. “Sumqayıt” isə 14 xalla altıncı pillədə yer alıb.
Daha əvvəl günün ilk matçında “Sabah” və “Araz-Naxçıvan” 2:2 hesablı bərabərliyə razılaşıblar.
Xatırladaq ki, ötən gün “Turan Tovuz” – “Karvan-Yevlax” (2:1) və “İmişli” – “Kəpəz” (3:0) oyunları başa çatıb. IX turun son qarşılaşması oktyabrın 26-da oynanılacaq.