Xuliqanlıq və dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov bu saatlarda Gəncə şəhər Məhkəməsinə gətirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Z. Qəhrəmanovun hüquqlarını üç vəkil qoruyur. O, oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun Gəncədə avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi və müvəkkilinə qarşı dələduzluq etməsi iddia olunur.