Braziliyalı tennisçi Joao Fonseka Bazeldə keçirilən ATP-500 turnirində finala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, dünya reytinqinin 46-cı raketkası yarımfinalda ispan Xaume Munarı 7:6 (7:4), 7:5 hesabı ilə məğlub edib. ]
Görüş 1 saat 54 dəqiqə davam edib.
19 yaşlı braziliyalı tennisçi finalda Uqo Umber və Alexandro Davidoviç-Fokina görüşünün qalibi ilə üz-üzə gələcək. Yarışın hazırkı qalibi fransalı Covanni Mpetçi Perrikardır.