RU

10 yaşlı uşağı maşın vurdu - Vəziyyəti ağırdır

Beyləqanda 10 yaşlı uşağı minik maşını vurub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.

Belə ki, Rasim Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlunu vurub. Piyada A.Salahlı müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

***

TƏBİB-dən bildirilib ki, 25.10.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Избранный
91
3
manset.az

9Источники