Çinin dövlətə məxsus 4 neft şirkəti Rusiyadan neft alışını dayandırır.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, “Sinopec” və “PetroChina” daxil olmaqla Çinin 4 şirkəti dəniz yolu ilə gətirilən Rusiya neftinin alışını dayandırmağı qərara alıb.
Çin tərəfi bu barədə rəsmi açıqlama verməyib.