RU

Qalatasaray ın sabiq ulduzu axır ki, özünə yeni klub tapdı

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Bir dönəm ''Qalatasaray''da da forma geymiş Hakim Ziyeşin yeni klubunun adına aydınlıq gəlib. "Football-plus.az" xəbər verir ki, təcrübəli mərakeşli vinger jvətənində çıxış edəcək. O, ''Vidad Kasablanka'' ilə 2027-nin iyununa qədər müqavilə imzalayıb. Transfer artıq klub tərəfindən rəsmən açıqlanıb.Maraqlıdı ki, Ziyeş klub karyerasında ilk dəfə vətənində oynayacaq. O, Niderlandda doğulub və peşəkar karyerasının ilk illərini də bu ölkənin təmsilçilərində - ''Herenven'', ''Tvente'' və ''Ayaks''da keçirib. Niderlanddan ayrıldıqdan sonra isə faktiki olaraq onun karyerasında sürətli eniş başladı. ''Çelsi''də ümidləri doğrultmadıqdan sonra 2023-ün yayında gəldiyi ''Qalatasaray''da da gözlənilən performansı sərgiləyə bilmədi (34 oyun, 8 qol, 5 məhsuldar ötürmə). İlyarımlıq Türkiyə macərasının ardından bu ilin yanvarında ''Əl-Duhail''ə yollandı. Amma Qətərdə də cəmi 6 ay oynaya bildi. Ziyeş yaydan bu yana sərbəst statusda və klubsuz idi. Ona bir ara ÇFR ciddi maraq göstərsə də, rumınlar bu futbolçunun xroniki zədəsi olduğunu bildirərək son anda transferdən vaz keçdilər. Hazırda ''Vidad Kasablanka''da ''Qalatasaray''ın daha bir sabiq üzvü Nordin Amrabat da forma geyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
50
icma.az

10Источники